İRNA-nın çərşənbə axşamı “Əl-Məyadin” telekanalına istinadən verdiyi məlumata görə, Yəmən Ənsarullah Hərəkatının Siyasi Ofisinin bəyanatında bildirilir: “İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi müşaviri general-mayor Rəzi Musəvinin düşmən İsrail tərəfindən terror edilməsini pisləyirik. Bu terror düşmən İsrail və Amerikanın bizim ümmətə qarşı cinayətləri sırasındadır.”
Bəyanatın davamında vurğulanır: “Bu terror cinayəti müxtəlif cəbhələrdə ağrılı zərbələr alan sionist rejimin məğlubiyyət və çaşqınlığını göstərir.”
Ənsarullah Hərəkatı bəyanatda əlavə edir: “Şəhid Musəvi ömrünü Amerika və İsrail ilə mübarizədə keçirən müqavimət adamlarından idi. O, həmçinin Suriyada Amerika və İsrailin dəstəklədiyi təkfirçi qruplarla mübarizədə də mühüm rol oynayırdı.”
Sizin rəyiniz